Abbasov qol vuracağını gözləmirmiş "Ciddi rəqib olsaydı, belə epiozd olmayacaqdı"

Milli komandamız yoxlama görüşündə Qırğızıstana 3:0 hesabı ilə qalib gəlib.
 
Newsport.az-ın məlumatına görə,  oyunda sonuncu qolun müəllifi olan Ürfan Abbasov jurnalistlərə müsahibə verib. Müdafiəçi öncə oyun haqda danışıb:
 
- Oyun yaxşı hazırlaşmışdıq. Rəqibi yaxşı analiz etmişdik. Buna görə də 3 qol vurduq və qələbə qazandıq.
 
- Millidə ilk qolunu vurdun. Bunu gözləyirdin?
- Sözün düzü, gözləmirdim. Qabağa getdim, Mahir də yaxşı assist etdi. Mən də öz növbəmdə çərçivəni dəqiq nişan aldım. 
 
- Qurban Qurbanov yoxlama görüşlərində sənə etimad göstərir. Özünü əsas üzv hesab edirsən?
-  Düzdür, Qurban müəllim mənə şans verir. Bacardığımı edirəm. Çalışıram ki, əlimdən gələnin ən yaxşısını edim. Bundan sonra da etimad qazansam, layiqli çıxış etməyə çalışacam. Sevinirəm ki, əsas heyətdə oynayıram.
 
- Qol epizodunda top sənə gələndə ötürmə verməyi düşünmədin?
- Xeyr, qapıya zərbə vurmaq ağlıma gəldi.
 
- Rəqib daha ciddi komanda olsaydı, zərbə vurmaq üçün risk edərdin?
- Ciddi rəqib olsaydı, belə epiozd olmayacaqdı axı. Şansdan maksimum yararlandım.
 
- Oyunun ritmini 30-40 dəqiqə itirmişdiz. İlk hissəsinin sonlarında və ikinci hissənin əvvəlində rəqib pressinq edirdi. Nə baş verdi ki, oyununuz alınmadı?
- Bızi epizodlarda düzgün oynamadıq. Sanki pressinqə hazır deyildik. Daha sonra oyuna uyğunlaşa bildik.
 
- Roman Qriqorçuk “Qəbələ”dən ayrıldı. Yeni baş məşqçinin Samir Abasov olacağı gözlənilir. Onunla işbirliyinə hazırsan?
- Milliyə aid sualları cavablandırmağa hazıram. Amma narahat deyiləm. Kimə şans verilsə, o da oynayacaq.
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right