Qurban Qurbanovdan Filip Ozobiç açıqlaması

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov adı Ağdam klubu ilə hallanan "Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiçin transfer iddialarına münasibət bildirib.

 

Newsport.az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə bunları söyləyib: "20 nəfər futbolçu siyahıda varsa, onunla danışacağıq. Onu ala bilməsək də, siyahıya salırıq. Amma bu dəqiqə "Qarabağ"la bağlı danışmaq niyyətində deyiləm".

 

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi 2016-cı ildən "Qəbələ"də çıxış edir.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right