Qurban Qurbanov: "Bu komandanı nəticə vermək üçün hazırlayırıq"

“İlk qələbəmiz idi. Hər bir qələbə çox vacibdi. Deyə bilmərik ki, komanda optimal formadaı. Nəticəni bir kənara qoyaq, meydanda istədiklərimizi edə bildik”. Newsport.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Qurban Qurbanov deyib. 

Yığmamız Qırğızıstanla yoldaşlıq oyununda böyükhesablı qələbə qazanıb.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli mütəxəssis fikirlərini bildirib: “Futbolçuların düşüncələrindən razı qaldım. Onları qələbə münasibəti ilə təbrik edirəm”.

- Birinci hissədə fərqli, ikinci hissədə fərqli oyun izlədik. Bunun tapşırığını siz vermişdiniz?

- Futbolçular qələbə qazanmaq üçün çox istəkli idilər. Mənim rəhbərliyim altında ilk qələbələrini qazanmaq  istəyirdilər. İlk hissəə həyəcan olsa da, ikinci hissədə bunu görmədik. Bu oyunda düşündüyümüz epizodlarla qarşılaşa bildik. Əvəzetmələrimiz də öz sözünü dedi.

-Milli komanda növbəti oyunlarında da hücum futbolu oynayacaq?

-Dəyişikliklər olacaq. Çünki futbolçuları daha yaxından tanımaq istəyirəm. Bu komandanı nəticə vermək üçün hazırlayırıq. Ona görə də həm hücumda, həm müdafiədə diqqətli olmalıyıq. Qalib gəlmək istəyiriksə, hücum futbolu oynamalıyıq. Nə qədər hücum futbolu oynasaq da, müdafiəni yaddan çıxarmamalıyıq.

- Komanda istədiyiniz oyunu sərgiləyə bilir?

- Tam hazır olduğumuzu deyə bilmərəm. İlk hissədə şanslarımız olsa da, istifadə edə bilmədik. Məni sevindirən  o oldu ki, standart vəziyyətlərdən qol vurduq. Bu, Millətlər Liqasında da bizə lazım olacaq. Dediyim kimi, çatışmayan cəhətlər çoxdu. Bunları aradan qaldırmalıyıq.

- Yığmada ucaboy hücumçu çatışmazlığı var. Alternativ variant barədə düşünmüsüzün?

- Açığı, düşünürük. Nə dərəcədə alınacağını zaman göstərəcək. Ustalıq səviyyəsi olan futbolçuları heyətdə görmək istəyərəm.

- Oyunun gedişində zədə alan Pavel Paşayevin durumu necədir?

- Onun zədəsi Riçard Almeydanın zədəsinə bənzəyir. Əgər elədirsə, durumu ciddi olacaq. Amma durumuna sabah aydınlıq gələcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right