Emin Ağayev Premyer Liqamızda

Azərbaycan millisinin sabiq üzvü Emin Ağayev "Səbail"də çalışa bilər.

Newsport.az-ın məlumatına görə, 45 yaşlı mütəxəssis "Səbail"in baş məşqçisi Aftandil Hacıyevin köməkçisi ola bilər. Klubun mətbuat xidmətindən E.Ağayevlə danışıqlar apardıqlarını təsdiqləyiblər. “Amma təyinat hələ rəsmiləşməyib” – deyə mətbuat xidmətinin rəhbəri Törə Əhmədova bildirib.

Qeyd edək ki, 1994 – 2005-ci illərdə Azərbaycan millisinin şərəfini qoruyan E.Ağayev məşqçi kimi Rusiyanın "Dağdizel”, Tver "Volqa”sı və "Ximki”də çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right