"Millidə oynamağa canla-başla hazıram" - Vaqif Cavadov

“Çox gözəl hisslərdi. Bu titula layiq idik. Oyunun çətin keçəcəyini bilirdik. Güclü olan qələbə qazanmalı idi. Biz də yaxşı oynadıq, qalib gəldik. Məşqçiləri, futbolçuları, azarkeşləri və rəhbərliyi təbrik edirəm. Kubok bizimdir!”

Newsport.az-ın məlumatına görə, bu sözləri “Keşlə”nin futbolçusu Vaqif Cavadov ölkə kubokunun finalında “Qəbələ”ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib. 28 yaşlı yarımmüdafiəçi məhsuldar ötürməsindən və oyunun sonlarında qaçırdığı epizoddan danışıb: "Həmişə demişəm ki, qoldan vacib məhsuldar ötürmə verməkdir. Ötürməni verdim, qolla nəticləndi. Sevinirəm ki, qələbədə payım oldu. "Keşlə" qalib gəldi və kubok da bizim oldu"

Son zamanlar formada olan Cavadov millidən dəvət gözlədiyini deyib: "Millidən həmişə dəvət gözləyirəm. Baş məşqçinin qərarıdır və buna hörmətlə yanaşıram. Lazım bilsələr, dəvət etsələr, oynamağa canla-başla hazıram".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right