Finalın qəhrəmanı Vaqif Cavadova təşəkkür etdi: "Bu şansı qaçıra bilməzdim"

"Əvvəlcə, komandanı təbrik edirəm. Çox yaxşı mübarizə apardıq. "Qəbələ" çox yaxşı komandadı. Oyun ərzində istənilən hallar baş verə bilər".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Keşlə"nin futbolçusu Pərdis Fərcad-Azad deyib.  

O, Azərbaycan kubokunun finalında "Qəbələ"yə qalib gəldikləri matçdan danışıb: "Oyuna start heyətində başlamalı idim. Birinci hissədə oynamadığıma görə məyus oldum. Baş məşqçimiz də bilir ki, meydana çıxdığım oyunlarda komandaya maksimum xeyir verməyə çalışıram". 

Millimizin keçmiş hücumçusu vurduğu qoldan danışıb: "Sevinirəm ki, finalda qol vurdum və bu, komandama qaləbə qazandırdı. Gözəl ötürməyə görə Vaqif Cavadova təşəkkür edirəm. Belə şansı qaçıra bilməzdim".

Pərdis komandadakı gələcək taleyindən danışıb: "Hələ ki, heç nə dəqiqləşməyib. Amma klubla danışıqlarımız davam edir". 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right