"Azərbaycan futbolunda böyük-kiçik yeri qalmayıb" İlqar Qurbanov

"Deyəcək söz yoxdur. Rəqibin qapıya bir zərbəsi oldu və o da qolla nəticələndi. Diqqətsizliyimiz oldu və qola mane olmadıq. Rəqibi təbrik etmək qalır ki, bunu da edirik. "Keşlə"yə uğurlar".

 

Bu sözləri Newsport.az-a açıqlamasında "Qəbələ"nin müdafiəçisi İlqar Qurbanov deyib. Ölkə kubokunda "Keşlə"yə uduzaraq titulsuz qalan "qırmızı qaralar"ın futbolçusu həyəcanlı olduqlarını deyib:

 

"Oyundan öncə həyəcan var idi. Üstəlik, evdə oynayırdıq. Bu da təzyiq yaradırdı. Həm də "Qəbələ" titulsuzdu. Juboku çox arzu edirdik. Titul sahib çıxmağı çox istəyirdik. Amma bacarmadıq. Üzgünəm. Qələbə qazanıblarsa, təbrik etmək qalır".

 

Qurbanov oyunun sonlarında qırmızı vərəqə alaraq meydanı tərk etməsindən danışıb:

 

"Azərbaycan futbolunda böyük-kiçik yeri qalmayıb. Tanımadım həmin adamı. Həmin şəxsi çıxaracam üzə. Bilmirəm kim olduğunu. Böyük kiçik yeri bilmirlər".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right