Zaur Axundov hədəflərini açıqladı: "Baş məşqçinin istəyinə uyğun addım atacağıq"

"Keşlə" Azərbaycan kubokunun finalında "Qəbələ"ni 1-0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Azərbaycan kubokunu qazanıb.
 
Matçdan sonra paytaxt klubunun prezidenti Zaur Axundov Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşına müsahibə verib. O, qazandıqları uğur haqda danışıb:
 
- Klubdakı bütün hadisələrdən xəbərdarsız. Çətin mövsüm keçirdik. Kuboka sahib çıxmaq komandanın böyük əziyyətidir. Burada işçidən tutmuş, meydana çıxan futbolçuya kimi, hər kəs əziyyət çəkib. Fikirləşirəm ki, pis günlər arxada qaldı. Çalışacağıq ki, uğurlarmızı davam etdirək.
 
- Avrokuboklar barədə düşünməyin vaxtıdır. Komandaya yeni transferlər olacaq? Ən böyük sual isə komandanın qısa müddətdə uğurlarının memarı olan Yuri Maksimovdur. Onun müqaviləsi uzadılacaq?
- Maksimovla nəticə verən mütəxəssisdir. Buna hər birimiz şahidlik etdik. Çempionatın ikinci dövrəsində komandanı toparladı. Səviyyəli futbol göstərdik. Baxmayaraq ki, bir çoxları ilk dəfə idi ki, birgə çıxış edirdilər. Yeni transferlərə isə uyğunlaşmağa zaman lazım idi. Amma Maksimov və futbolçular peşəkarlıqlarını nümayiş etdirdilər. Çətin 5 ayın əziyyətinin qarşılığını bu gün gördülər. Baş məşqçidən və oyunçulardan razıyam. Sabahdan avrokuboklara hazırlaşacağıq. Fikirləşirik ki, bu il yaxşı nəticə göstərə bilərik. Azərbaycanı layiqincə təmsil etmək istəyirik.
 
- Deyilənə görə, komandaya yaxşı mükafat söz vermisiz...
- Qalib gələnə mükafat verərlər. Bunu istəyərdim ki, açıqlamayım. Məbləği söyləməyim etik cəhətdən düz olmaz.
 
- “Keşlə” neçə legioner transfer edəcək?
- Baş məşqçi və rəhbərlik bu nailiyyəti gözləyirdi. Sabahdan işə başlayacağıq. Baş məşqçimiz öz proqramını ortaya qoyacaq.O, komandaya yeni nəfəs gətirmək istəyəcək. Aramızda belə razılaşmışıq. Seleksiya işini məşqçilər aparır. Baş məşqçinin istəyinə uyğun addım atacağıq.
 
- “Keşlə” növbəti mövsüm medalçılar uğrunda mübarizə aparacaq?
- Özümü tərifləmək istəmirəm. Futzalda da hədəfim yüksək yerlər olub. Yeni futbol mövsümündə Premyer Liqada ilk üçlük üçün oynayacağıq.
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right