"Yeni baş məşqçinin adı hələ müəyyən deyil" - Fariz Nəcəfov

"Qəbələ" ölkə kubokunun finalında "Keşlə"yə 0:1 hesabı ilə uduzaraq titulsuz qalıb.

Oyundan sonra "qırmızı-qaralar"ın vitse-prezidenti Fariz Nəcəfov Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşıa açıqlama verib. O, oyunla və gələcək planlarla bağlı qəsa şəkildə danışıb:

"Belə oyunlar gərgin olur. Hər iki komanda ehtiyatlı oynadı. "Keşlə" də yaxşı futbol sərgilədi. Təəssüf ki, bir qol məsələni həll etdi. Azarkeşə kubok lazımdır. Biz də bunu əldə edə bilmədik. Bizim strategiyamız daha öncədən bəlli idi və bu matçın planlarımıza aidiyyatı yoxdur. Sabah ya da birisigün baş məşqçi ilə bağlı rəsmi açıqlama veriləcək. Yəqin ki, yollar ayrılacaq. Yeni baş məşqçinin adı hələ müəyyən deyil".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right