Ramil Şeydayev Bundesliqa klubunda!

Cari mövsümü "Qarabağ"da icarə əsasında keçirən, müqavilə ilə "Trabzonspor"a məxsus olan millimizin hücumçusu Ramil Şeydayevin yeni klubu bəlli olub.

 

Newsport.az xəbər verir ki, 22 yaşlı futbolçu karyerasını Avstriyada davam etdirəcək. Şeydayev Bundesliqada mübarizə aparan "Mattersburq" klubu ilə razılaşıb. Bu barədə məlumatı klubun prezidenti Martin Puxer verib. Klub rəhbəri müqavilənin şərtləri barədə heç bir məlumat verməyib. Ehtimala görə, Ramil Avstriya təmsilçisində 1 illik icarə əsasında oynayacaq.

 

"Mattersburq" Bundesliqanı 10 komanda arasında 46 xalla 6-cı pillədə başa vurub və avrokuboklardan kənar qalıb.

 

Qeyd edək ki, Rusiyanın "Zenit" klubunun yetirməsi olan Ramil Şeydayev 2016-cı ilin yayında "Trabzonspor"a keçmişdi. O, Slovakiyanın "Jilina" və Azərbaycanın "Qarabağ" klublarında icarə əsasında çıxış edib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right