Roman Qriqorçuk: "Bu oyunu səbirsizliklə gözləyirik"

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Keşlə" ilə keçirəcəkləri Azərbaycan Kubokunun final matçı barədə fikirlərini bölüşüb. 
 
Newsport.az-ın məlumatına görə, bu barədə ukraynalı mütəxəssis Peşəkar Futbol Liqasının rəsmi saytına açıqlama verib. O bildirib ki, final adının ozü artıq hər şeyi deyir: "Biz bu oyunu səbirsizliklə gözləyirik. Çünki bu oyun bizim üçün, klubumuz üçün çox böyük əhəmiyyət daşıyır. Tarixi əhəmiyyət. Çünki "Qəbələ” üçün ilk trofey əldə edə bilərik".
 
Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" - "Keşlə" matçı saat 20:00-da başlanacaq. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right