"Finaldan sonra onunla ciddi söhbət edəcəyəm" - Qurban Qurbanov

“Millətlər Liqasından öncə sonuncu tolanışımızdı. Bu toplanış futbolçularımız üçün çox önəmlidi. Daha çox bir yerdə olsaydıq, yaxşı olardı”.

Newsport.az saytının məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Qurban Qurbanov deyib.

Yığmamız iki gün sonra Qırğızıstan millisi ilə yoldaşlıq oyunu keçirəcək. Oyundan öncə mətbuat konfransı keçirən təcrübəli çalışdırıcı fikirlərini bildirib: “Get-gedə futbolçuların təcrübəsi çoxalır. İnanıram ki, Qırğızıstanla oyunda özümüzü yaxşı tərəfdən göstərəcəyik”.

- Millətlər Liqasına az vaxt qalıb. Düşünmək olarmı ki, bu heyət Millətlər Liqasında millinin düşərgəsində olacaq?   

- Yox, belə deməzdim. Həmişə axtarışdayıq, daha hazırlıqlı futbolçulardan yararlanmağa çalışacağıq. Daha çox oyun təcrübəsi olan futbolçuları üstünlük veririk. Düşünürəm ki, gələn toplanışda da dəyişikliklər edəcəyəm.

- Əvvəlki müsahibələrdə demişdiniz ki, millinin heyətini 3 oyundan sonra dəqiqləşdirəcəyik. Qırğızıstan kimi zəif komanda ilə görüşdə millinin heyətini necə optimallaşdırmaq olar?

- Heç bir komandaya qarşı mənfi fikirdə olmamışam. Biz rəqibin güclü və zəif cəhətlərinə diqqət yetiririk. “Qarabağ”da işləyəndə də ilk oyunlarımı zəif komandalara qarşı keçirirəm. Belədə, futbolçuların gücünə daha yaxşı bələd olmaq olur. Mən rəqibi ciddi qəbul edirəm.

- Ölkə kubokunun finalında iştirak edəcək “Keşlə” və “Qəbələ”nin futbolçuları Qırğızıstana qarşı oynayacaqlar?

- Yox, onlar qarşılaşmada iştirak etməyəcəklər.

- Riçard Almeydanın zədəsi ciddidir, yoxsa yeni klubu ilə danışmaq üçün düşərgəni tərk edib?

- Durumu ciddidir. Bu toplanışda bizimlə olmayacaq.

- “Qəbələ”nin futbolçusu Cavid Hüseynov intizamsız hərəkətləri ilə yadda qalır. Onunla görüşünüz olacaq?

- Belə şeylərə diqqət yetirirəm və onun hərəkətlərini xoşlamıram. Cavid milli üçün vacib futbolçudu.  Final oyunundan əvvəl onunla danışmaq istəmədim. Amma finaldan sonra onunla ciddi söhbət edəcəyəm.

- Deyilənlərə görə, “Qarabağ”ın yerli futbolçuları ölkə xaricindən təkliflər alıblar. Bu məsələ doğrudur?

- Ciddi təklif almamışıq. Ola bilər, hansısa menecer vasitəsi ilə danışıq aparıblar. Amma bizə hansısa müraciət olunmayıb.

- Bu gün millinin ən yaralı yeri hansıdır?

- İstənilən komandada problem olur. Heyətdən çox, bizim başqa problemlərimiz var. Potensiallı futbolçularımız var, onların ölkə xaricində oynamalarını istəyirəm. Milliyə gələn elə futbolçu yoxdu ki, öz üzərində çalışmasın. Hazırkı heyətdən razıyam. Əsas odu ki, millidə şərəflə oynasınlar. Amma bu dəqiqə hansı mövqenin zəif olduğunu deyə bilmərəm.

- Millinin üzvləri Rahid Əmirquliyevlə Ağabala Ramazanov “Səbail”ə üz tutdular. Artıq onların millidə çıxış etməyəcəyini düşünmək olar?

- Xeyr. Bu fikirlə razı deyiləm. Onlar milliyə namizədlərdəndirlər. Özlərini yaxşı tərəfdən göstərssələr, mütləq milliyə dəvət alacaqlar.

- Növbəti toplanışlarda Azər Əliyev, Dəniz Yılmaz kimi legioner futbolçuları millidə görə bilərik?

- Əvvəllər də demişəm ki, çempionatın səviyyəsi aşağıdı. Legionerlərə ehtiyac var. İndidən deyə bilmərəm, Azər millidə olacaq ya yox. Sadəcə, onu deyə bilərəm ki, təkcə Azəri yox, başqa oyunçuları da nəzərdə saxlayırıq. Başqa, daha yaxşı çempionatlarda çıxış edən oyunçuları milliyə çağırmaq bizim xeyrimizə ola bilər.

- Kamran Ağayev milli üzvü kimi kapitanlığa layiqdi? O, özündə nəyi dəyişib?

- Kamrdan hər nə desən gözləmək olar (gülür). Ancaq özünü bir xeyli düzəldib. Onunla bu barədə danışmışam. Məncə, hazırda kapitanlığı haqq edir. Lakin bu o demək deyil ki, kapitan heç vaxt dəyişməyəcək. Hələ ki, odu. Ona güvənirəm.

- Araz Abdullayev, Bədavi Hüseynov və Ufuk Budak vəziyyəti necədi?

- Arazda hər şey yaxşıdı. Düzdü, son oyunlarda bir qədər az şans qazanıb, lakin yaxşı durumdadı. Bədavi tam sağalıb. Yaxşı formadadı. Oyun təcrübəsi cəhətdən problemi var. Ola bilsin, qarşdıakı oyunlardan birində şans qazansın. O ki qaldı, Ufuka, deməzdim yaxşı formada deyil. İki aya yaxındı oynamır. Bir ara “Qarabağ”la məşq etdi. İstəyirdim fiziki formasını bərpa etsin. Çox güman, ilk oyunda şans qazanmayacaq. Lakin ola bilsin, qarşıdakı oyunlarda çıxış etsin.

- Millətlər Liqasındakı rəqiblərimiz barədə məlumatınız var?

- Bəli, daim maraqlanırıq.

- “Qarabağ”ın heyətində dəyişikliklər olması azarkeşlərin narahatlığına səbəb olub. Bu barədə danışmağınız maraqlı olardı.

- Narahatlıq həmişə olur. Biz də narahatıq. Transfer pəncərəsində hər şeyi yoluna qoymağa çalışacağıq. Millinin oyunlarıdna sonra bütün fikrimi “Qarabağ”a yönəldəcəm.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right