"Zirə"nin prezidenti Ayxan Abbasovla bağlı yekun qərarı açıqladı

"Ayxan Abbasovun klubdan ayrılması bizdə heç vaxt müzakirə mövzusu olmayıb. Komanda qələbə qazana bilmədiyi vaxtlarda da verdiyim açıqlamalarda "Zirə" rəhbərliyi olaraq, Ayxan Abbasova güvəndiyimizi demişdim".

Newsport.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin prezidenti Natiq İsmayılov deyib. Klub rəsmisi əməkdaşımızla söhbətində baş məşqçi Ayxan Abbasovun taleyinə rəsmən aydınlıq gətirib. O, gənc mütəxəssisin klubdakı fəaliyyətini davam etdirəcəyini deyib: "Mövsümün yekunlarə ilə bağlı müzakirələr apardıq və bir çox məsələlərə aydınlıq gətirdik. Ayxan Abbasovla yolumuza davam edəcəyik. O, çətin vəziyyətdə komandanı toparladı və müsbət sonluq əldə etdi. Komanda qələbə qazanmayan vaxtlarda verdiyim açıqlamalarda "Zirə" rəhbərliyinin Ayxan Abbasova güvəndiyini demişdim. Premyer Liqanın son turunun "Sumqayıt"la oyunundan sonra da klubumuzun fəxri prezidenti Orxan Məmmədov jurnalistlərə açıqlamasında finalın nəticəsindən asılı olmayaraq, baş məşqçimizlə yolumuza davam edəcəyimizi demişdi. Mən bir daha deyirəm ki, Avropa Liqasına vəsiqə qazanmağımızdan və ya qazana bilməməyimizdən asılı olmayaraq, Ayxan Abbasov "Zirə"nin baş məşqçisi vəzifəsində qalacaq".  

Qeyd edək ki, Ayxan Abbasov 2016-cı ilin dekabr ayından "Zirə"nin baş məşqçisi vəzifəsində çalışır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right