Əfran İsmayılov Türkiyə Super Liqasında?

“Qarabağ”dan ayrılmış və hazırda klubsuz olan Əfran İsmayılov karyerasını Türkiyədə davam etdirə bilər.

Newsport.az saytının məlumatına görə, bu barədə oxu.az-a futbolçu verdiyi müsahibəsində bildirib:

“Qarabağ”dan ayrıldığımı bildikdən sonra Azərbaycan klublarından bəziləri mənimlə əlaqə saxlayıb. Onlara on gün səbir etməyi məsləhət bilmişəm.

Menecerim hazırda Türkiyə Superliqasının iki klubu ilə danışıqlar aparır. Türkiyənin I divizionundan da bir kluba keçə bilərdim.

Lakin həmin komanda pley-offda Superliqaya çıxmaq şansını itirdi. Mən də çalışıram ki, götür-qoy edim. Çünki Türkiyəyə tək getməyəcəyəm, ailəmi aparmalıyam, uşaqların təhsil məsələsini düşünməliyəm. Ona görə də hərtərəfli düşünüb, qərar verəcəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right