Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üz-üzə: Maliyyə ayrılmır!

Azərbaycanda daha bir futbol klubu fəaliyyətini dayandıra bilər.

Newsport.az saytının məlumatına görə, bu, son mövsüm birinci divizionda ikinci pillənin sahibi olan “Qaradağ Lökbatan”  klubudur.

Klubun fəaliyyətini dayandırmaq ehtimalı maliyyə məsələləri ilə bağlıdır. Sadıq Sadıqovun rəhbəri olduğu “Nefçi İK”nın tərkibində fəaliyyət göstərən kluba maliyyə vəsaiti ayrılmaya bilər.

Belə ki, klub rəhbərliyi Premyer Liqaya yüksəlmək şansı olmayan kollektivə pul ayırmaq niyyətində deyil. Rəhbərlik artıq xərclərə qənaət etmək üçün belə bir addım atmaq niyyətindədir.

Qeyd edək ki, “Neftçi” İdman Klubunun balansında faəliyyət göstərən “Neftçi” futzal klubu ötən gün eyni səbəbə görə dağılıb.

futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right