"Səbail" "Sabah"a necə köçür? baş məşqçidən saxtakarlıq

“Səbail” komandası daha bir məşqçi ilə yollarını ayırıb. Bu, klubun 19 yaşlılardan ibarət komandasının baş məşqçisi Vasif Haqverdiyevdir. 

Newsport.az saytının məlumatına görə, Haqverdiyev hələ qış fasiləsindən sonra rəhbərlikdən xəbərsiz sərəncamında olan futbolçularla “şəxsi müqavilə” imzalayaraq, onları yeni gedəcəyi komandaya – “Sabah”ın əvəzedicilərinə aparacağı sözünu verib. 

Bundan xəbər tutan klub rəhbərliyi bu gün “Bayıl Arena”da Vasif Haqverdiyevlə birbaşa görüşərək, bütün bunlardan xəbərdar olduqlarını ona deyiblər. Yekunda onun komandadan göndərilməsinə qərar verilib. 

“Şəxsi müqavilə”lərin isə necə yekunlaşacağını qarşıdakı zaman göstərəcək. Elə olacağı təqdirdə “Səbail”in 19 yaşlılardan ibarət  komandası demək olar ki, dağılacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right