«Qəbələ»nin futbolçusu ilin ən yaxşısı seçildi

Mayın 20-də «Boulevard U-15 Liqası»nda 2017/18-ci illər mövsümünə yekun vuruldu. Çempionat başa çatdıqdan sonra «Het-trik news» qəzeti birinciliyin ən yaxşı futbolçusunu müəyyənləşdirmək məqsədilə Liqada iştirak edən 15 komandanın məşqçiləri arasında sorğu apardı. Qaydalara əsasən hər məşqçi çalışdırdığı komandadan olmamaq şərtilə 5 futbolçunun adını çəkə bilərdi. Siyahıya uyğun olaraq adları çəkilən futbolçular 1-5 xal qazanırdılar. Yalnız «Sumqayıt»ın baş məşqçisi Mehman Yunusov rəqib futbolçuları yaxşı tanımadığını və bu üzdən səhv etmək istəmədiyini əsas gətirərək sorğuya qatılmadı. Qalan 14 məşqçinin fikrinə əsasən «Qəbələ»nin hücumçusu Kamal Kazımov 24 balla mövsümün ən yaxşı futbolçusu seçildi. 2-ci yerə 20 xal toplayan Əbil Əbilov («Keşlə»), 3-cü yerə isə 18 xalla Cəlal Hüseynov («Zirə») layiq görüldülər. İlk «beşliy»i Cəlaldan 1 xal az toplayan Mehrac Baxhəliyev («Qəbələ») və Əli Tağıyev («Keşlə») qapayır.

Ümumilikdə, sorğuda 32 futbolçunun adı çəkildi. Onlardan 8-i «Qəbələ»nin, 6-ı «Keşlə»nin, 5-i «Vətən»in şərəfini qoruyur. Həmçinin, «Zirə» və «Neftçi»nin 3, «Kəpəz» və «Viləş»in 2, «Qarabağ», «Səbail» və İsgəndər Cavadov BFA-nın 1 futbolçusunun adı siyahıda yer alıb.

Mövsümün ən yaxşısı haqqında qısa məlumat: Kazımov Kamal Kamil oğlu 2003-cü il yanvarın 6-da Bakıda anadan olub. 2015-ci ildə Nəbi Xanciqazovun rəhbərliyi altında futbolda ilk addımlarını atıb. Daha sonra bir müddət Azər Cabbarovun yanında futbolun sirlərinə yiyələnib. 2016-cı ilin yanvarında «Qəbələ»yə keçib. Bir müddət Rüfət Mədətovun rəhbərlik etdiyi komandada oynayan Kamal hazırda Rakif Əliyevin çalışdırdığı «Qəbələ»nin U-16 komandasının üzvüdür. O, eyni zamanda U-16 millimizin də futbolçusudur.

«Het-trik news» qəzeti Kamal Kazımova mükafatı yanvar ayının 31-də «Vətən» Futbol Məkbətinin keçirdiyi «Respublika Günü» turnirinin finalından sonra təqdim edəcək.

 

Səsvermənin nəticələri:

 

1. Kamal Kazımov («Qəbələ»)                                           24

2. Əbil Əbilov («Keşlə»)                                                      20

3. Cəlal Hüseynov («Zirə»)                                                 18

4-5. Mehrac Baxşəliyev («Qəbələ»)                                    17

4-5. Əli Tağıyev («Keşlə»)                                                   17

6. Kamran Şabıyev («Vətən»)                                            12

7. Nihad Cəfərov («Neftçi»)                                                           9

8. Gülağa Əsədov («Zirə»)                                                  9

9. Samir Əliyev («Viləş»)                                                    9

10. Bəhruz Tanrıverdiyev («Vətən»)                                 8

11. Elvin Abdullayev («Vətən»)                                         7

12. Vaqif Həsənov («Keşlə»)                                               6

13. Rəşad Həsənov («Keşlə»)                                              5

14. Kənan Kərimov («Vətən»)                                           5

15. Süleyman Damadayev («Qəbələ»)                               5

16. Ramiz Qasımov («Viləş»)                                              5

17. Seymur Məmmədov («Keşlə»)                                      4

18. Ülvi Mədətov («Qəbələ»)                                              3

19. Asif Məmmədov («Qəbələ»)                                         3

20. Xəyal Səmədov («Qəbələ»)                                           3

21. Məhəmməd Tağıyev («Keşlə»)                                     3

22. Hüseyn Babayev («Neftçi»)                                          3

23. Cavanşir Şahbazlı («Neftçi»)                                       2

24. Ümid Səmədov («Kəpəz»)                                            2

25. Rauf Rüstəmli («Qəbələ»)                                            2

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right