U-17 Liqası: Adama bir… qol vuraq

Dünən «Bakcell U-17 Liqası»nda 33-cü turdan ertələnmiş 1 oyun keçirildi. «Qəbələ» Qəbələ şəhər stadionunda «Mil Muğan»ın qonağı (!) oldu. Bu, eyni zamanda çempionatın son oyunu idi. «Mil Muğan» - «Qəbələ»  matçı bazar ertəsi İmişlidə keçirilməli idi. Amma qarşılıqlı razılaşmaya əsasən oyun təxirə salındı və dünənə Qəbələyə təyin olundu. Səbəb U-17 Liqasının qalibi olan «Qəbələ»nin mükafatlandırılması ilə bağlı idi. Qarşılaşma «Qəbələ»nin 11:0 hesablı qələbəsi ilə başa çatdı.

Oyundan sonra çempion «Qəbələ»yə, həmçinin, U-16 Liqasının qalibi olan «Qəbələ»nin U-16 komandasına qızıl medallar və kubok təqdim olundu.

 

«Mil Muğan» - «Qəbələ» 0:11

Qollar: İbrahim Camalov, 12, 43, 58 (pen.), 59, 61, 77; Fərid İsgəndərov, 19; Nicat Oruclu, 21; Xəyal Muradov, 49; Təbriz İsazadə, 63; Tamerlan Rizvanov, 66;

Bombardirlər: İbrahim Novruzov («Sumqayıt») - 34, Xəlil Bəşirov («Səbail») – 30 qol.

«Het-trik news» qəzetinin və sportinfo.az saytının birgə layihəsi

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right