“Qarabağ”lı karyerasını A Seriyasında davam etdirəcək?

“Qarabağ”ın legioneri Donald Gerrye karyerasını İtaliyada davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, bu barədə 29 yaşlı yarımmüdafiəçinin özü “Haitisporttotal” portalına bildirib.

Haiti yığmasının üzvünün xidmətində İtaliya A Seriyasının adı açıqlanmayan klubu maraqlıdır. “Avropanın Top-5 liqalarından birində oynaya biləcəyimlə fəxr edirəm”, - D.Gerrye vurğulayıb.

Donald Gerrye ötən yay “Qarabağ”la iki illik müqavilə bağlayıb. O, Ağdam komandasında 34 oyuna 3 qol, 1 məhsuldar ötürmə müəllifi olub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right