“Qarabağ”ın uğuru özü üçün problemə çevrilib" - Rəşad Sadıqov

Bu gün 20 yaşadək futbolçulardan ibarət milli komandamız yoxlama oyunu çərçivəsində Makedoniya ilə 1:1 hesablı heç-heçə edib.

Newsport.az-ın məlumatına görə, oyundan sonra yığma komandamızın çalışdırıcısı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

- İki fərqli hissə gördük. İlk hissədən fərqli olaraq, fasilədən sonra millimiz müdafiədən oynadı.

- Müdafiədə oynamaq məcburiyyətdən irəli gəlirdi. Rəqib sürəti artırmışdı. İkinci hissəyə pis başlamamışdıq. Makedoniya yığması hücumların kəsərini artırmışdı. Sürətli oynadıqları üçün müdafiədən oynadıq. Rəqibimiz olduğu üçün tərifləmək istməzədim, amma çox yaxşı komandadırlar. Avropanın 10-15 yaxşı komandalarından biridir. Belçika və İsveçrəni məğlub etmişdilər, elit raundda isə İngiltərə üzərində qələbə qazanmışdılar. Mənə çox xoş oldu ki, belə komanda ilə qarşılaşdıq. Uşaqlar bərkisinlər, sürətli oyun görsünlər. İstəyim budur. Daha yaxşı nəticələr əldə etmək və uğur qazanmaq istəyiriksə, inkişaf etməliyik.

- Bu qarşılaşmanı Gürcüstanla oyunla müqayisə etsək, hansı cəhətləri qabarda bilərsiz?

- Rəqiblər tam fərqlidir. Bu komanda daha sürətli idi. Bu gün daha yaxşı oynaya bilərdik.

- Mətbuat və azarkeşlər milliləşdirməyə etiraz edirlər. Lakin komandada çatışmayan cəhətlər görünür. Sizcə, buna ehtiyac var?

- Yaxşı futbolçu olsa, oynamağa razı olsa, bunda problem görmürəm. Bu gün buna ehtiyac var.

- Mərkəz müdafiəçinin səhvindən ötən oyunda olduğu kimi, bu matçda da milli qol buraxdı. Onu əvəz etməyə futbolçu yox idi, yoxsa özünüz şans verdiniz?

- Sırf mərkəz müdafiəçisinin səhvindən qol buraxdığımızı deməzdim. Standart vəziyyət idi. Hər oyunçuya bir futbolçu düşür. Analiz edəcəyik. Rəqibin ikinci mərtəbədə yaxşı olduğunu bilirdik. Lakin müdafiə oluna bilmədik. İndidən danışmaq tez olar. Uşaqların beynəlxalq təcrübələri azdır. Onlara vaxt lazımdır. Onsan sonra baxacağıq ki, kim nəyə qadirdir. Potensiallarına güvənirəm.

- Anton Krivotsyuk “Neftçi”də cinahda çıxış edir. O, millidə mərkəz müdafiəçisi kimi oynayacaq?

- Bu açıqlamanı qışda da vermişdim. Onu stopper kimi düşünürəm. Çünki buna ehtiyacımız var. Başla yaxşı oynayır, oyun oxuya bilir, soyuqqanlıdır və sürəti var. Ola bilsin ki, hansısa oyunlarda sol cinahda oynada bilərik.

- “Qarabağ”dan bu gün 9 futbolçunun ayrıldığı açıqlandı. İbrahim Şehiçin ayrılığı nə ilə bağlı idi?

- Bu, ona gələn təkliflə bağlı idi. Biləcəksiniz hansı kluba getdiyini. “Qarabağ”ın uğuru özü üçün problemə çevrilib. Hamısı Çempiolar Liqasında oynayıb və təklif alırlar. Pul söhbəti deyil, gözüyaşlı gedirlər ki ayrılmaq istəmirik. Ancaq bu da həyatın şansıdır, bu cür komandalardan təklf alırlar. Onları qınamaq olmaz. Hər birini yaxşı anlayıram. Şehiçin necə bir kluba gedəcəyini özünüz görəcəksiniz.

- “Qarabağ” gedənlərin yerini dolduracaq?

- Bizim üçün ən çətin transfer dönəmi olacaq. Komandada yenilənmə baş verəcək. Gedınlər çoxdur, gələnlərin necə olacağını isə bilmirik. Uyğunlaşmaq üçün zaman da lazım olacaq. Bizim üçün çətin transfer pəncərəsi olacaq. Bunu öncə də demişdim. Şehiçin, Almeydanın və digərlərinin boşluğunu doldurmaq çox çətin olacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right