Millimizin oyununun hakimləri bəlli oldu

20 yaşadək futbolçulardan ibarət Azərbaycan və Makedoniya millilərinin yoxlama oyununun hakimləri müəyyənləşib.

Newsport.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Bakıda keçiriləcək matçı Rəhim Həsənov idarə edəcək. Onun köməkçiləri Mübahiz Haşımov və Namiq Hüseynov olacaq. Dördüncü hakim funksiyasını Nail Nağıyev yerinə yetirəcək.

Qeyd edək ki,  “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Makedoniya görüşü bu gün saat 19:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right