"Sumqatıt"dan yeni layihəyə FOTOLAR

"Kapital Bank" ASC və "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi və "Azərikimya" İB-nin dəstəyi, "Sumqayıt"ın təşkilatçılığı ilə şəhərin bütün orta təhsil ocaqlarında növbəti, 2017/2018 tədris ili üçün "Futbol və Sağlam Həyat" layihəsinə start verilib.

Newsport.az-ın məlumatına görə, layihəni keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, məktəblilərin əla təhsil almalarına stimul yaratmaq, futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gənclərimizi sağlam həyata yönləndirməkdi.

Seminar tipli layihədə hər məktəbdən 10-12 yaş arası aldığı qiymətlərlə seçilən şagirdlər iştirak edəcək.

Sumqayıtda yerləşən 4 saylı orta məktəbdə layihənin açılış mərasimi baş tutub. Adıçəkilən məktəblə yanaşı TTEL, 39, 2, 36, 41, 35 və 7 nömrəli məktəblərin şagirdləri də iştirak edib.

Tədbirdə “Sumqayıt” FK-nın məşqçiləri Sabir Əliyev, Ağamusa Bağırov və Azad Mütəllimov, həmçinin əvəzedici komandamızın üzvləri iştirak ediblər.

Nəzərdə tutulduğu kimi "Sumqayıt" FK-nın alademiyasının məşqçi heyəti şagirdlərə futbol oyunu haqqında hazırladığı proqramı təqdim edib.

Yekunda iştirakçılara "Sumqayıt" FK-nın idman geyimləri, "Kapital Bank" ASC-nin hazırladığı xüsusi hədiyyələr təqdim edilib.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right