"Səbail"də mövsümün ən yaxşı futbolçuları bəlli oldu FOTOLAR

“Səbail”də mövsümün başa çatmasına həsr olunmuş gecədə klub nominasiyaları üzrə qaliblərin adları açıqlanıb.

Newsport.az-ın məlumatına görə, debütantın sosial şəbəkələrində keçirilən səsvermənin yekunlarına görə, azarkeşlərin rəyinə əsasən ən yaxşı oyunçu Fəhmin Muradbəyli olub.

Məşqçilərin və əsas heyətin oyunçularının rəyinə əsasən isə mövsümün ən yaxşı futbolçusu moldovalı yarımmüdafiəçi Yevgeni Koçuk seçilib. Hər iki qalib klub tərəfindən mükafatlandırılıb.

Muradbəyli "Neftçi"dən, Koçuk isə "Jilina"dan (Slovakiya) qış fasiləsində icarəyə götürülmüşdü. Hər iki futbolçunun anlaşması başa çatıb.

 

Image may contain: 3 people, people smiling, people standing

Image may contain: 3 people, people smiling, people standing and indoor

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right