"Qarabağ" şokda: Sağollaşıb getdi!

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" daha bir aparıcı futbolçusunu itirmək üzrədi.

Newsport.az-ın məlumatına görə, "düşünən beyni" Riçard Almeydanın getməsinə mane olmayan klub, bu dəfə İbrahim Sehiçdən aldığı xəbərlə sarsılıb. 

Əldə etdiyimiz məlumata görə, Bosniya və Herseqovina millisinin üzvü başa çatan müqaviləsinin artırılmasına razılıq verməyib. O, komanda üzvləri və Azərbaycandakı bütün dostları ilə vidalaşaraq, ölkəmizi tərk edib.  Təcrübəli əlcək sahibi böyük ehtimalla, "Qarabağ"ın düşərgəsinə qayıtmayacaq. 

Qeyd edək ki, Sehiç "Qarabağ"a 2013-cü ildə Türkiyənin "Mersin" klubundan transfer olunub.

Futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right