“Səbail”dən daha bir məşqçi getdi, yeni iş yeri məlumdur

Samir Əliyevin istefasından sonra əsas köməkçisi Səttar Əliyev də klubdan ayrılıb.

Newsport.az saytının məlumatına görə, “Qarabağ”ın əfsanələrindən sayılan Səttar Əliyev birgə gəldiyi Samir Əliyevin gedişindən sonra klubda qalmağı məqsədəuyğun saymayıb. Bizdə olan məlumata görə, Səttar Əliyevin demək olar ki, işsiz günü  olmayıb. Əliyev bundan sonra “Sabah” klubunda baş məşqçi Elşad Əhmədovun köməkçisi qismində çalışacaq. 

Qeyd edək ki, Səttar Əliyevlə Elşad Əhmədov yaxın dostdurlar.

Futbol11.az

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right