Samir Əliyev "Səbail"də qalır

"Səbail" klubu baş məşqçi vəzifəsindən öz istəyi ilə ayrılan Samir Əliyevlə əməkdaşlığını davam etdirmək niyyətindədi.

Newsport.az-ın məlumatına görə, paytaxt klubu gənc mütəxəssisə yeni iş təklif edib. 

Samir Əliyev karyerasını məşqçi kimi davam etdirmək baxımından başqa variant olmasa, “Səbail”də qalacaq. 

Qeyd edək ki, "Səbail" debüt mövsümündə Premyer Liqanı 23 xalla 7-ci pillədə başa vurub. Komanda 28 oyunda 6 qələbə qazanıb, 5 heç-heçə edib və 17 dəfə uduzub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right