"Qarabağ"dan daha biri getdi yeni klubu məlumdur

"Qarabağ" daha bir futbolçusu ilə yolları ayırıb. 

Newsport.az-ın əldə etdiyi məlumata görə, Rahid Əmirquliyevin başa çatan müqaviləsi yenilənməyib.

Millimizin yarımmüdafiəçisi 2016-cı ildə uzun müddət şərəfini qoruduğu "Xəzər Lənkəran"dan  Ağdam klubuna keçmişdi.

Qeyd edək ki, buna qədər "Qarabağ" müqavilələri başa çatan Pedro Enrike, Riçard Almeyda, Əfran İsmayılov və Arif Daşdərimovla da yolları ayırıb.

Əlavə edək ki, yarımmüdafiəçi ölkəmizi Avropa Liqasında təmsil edəcək "Neftçi" klubundan təklif alıb. Onun "ağ-qaralar"a keçidinin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right