Tahir Süleymanov yoldaşlıq görüşünü idarə edəcək

Bu gün Bayıl stadionunda Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçiriləcək.

Newsport.az-ın məlumatına görə, oyunda futbol veteranlarından ibarət “Təcrübə” komandası ilə futbol ictimaiyyətinin nümayəndələrindən təşkil olunmuş “Futbol funksionerləri” komandası qarşılaşacaq.

Qarşılaşmanı sabiq FİFA referisi Tahir Süleymanov idarə edəcək. Onun köməkçiləri Cəmil Quliyev və Xəyalə Əzizzadə olacaq.

Yoldaşlıq oyunu saat 17:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right