"Neftçi" finalı uduzdu, "Vətən” 2017/18 mövsümünün qalibi oldu

AFFA-nın təşkil etdiyi U-11 Liqasında mövsümün son oyunu keçirilib.

Newsport.az-ın məlumatına görə, bu gün Bayıl stadionunda “Vətən” və “Neftçi” qarşılaşıb.

4:3 hesabı ilə qalib gələn “Vətən” 2017/18 mövsümünün qalibi olub. “Qəbələ” isə üçüncü yeri tutub.

Qarşılaşmadan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov və Texniki direktor Bernhard Lippert təqdim ediblər.

“Neftçi”nin oyunçusu Murad Məmmədov “Feyr Pley” mükafatına layiq görülüb. “Vətən” komandasının üzvləri Babamirzə Mehdiyev liqanın ən yaxşı futbolçusu, Ayxan Əlizadə isə ən yaxşı qapıçısı seçilib. Liqanın bombardiri “Qəbələ”nin futbolçusu Həsən Nəzərli olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right