Region Liqsının "Uğur"u

AFFA-nın təşkil etdiyi Region Liqasında final və 3-cü yer uğrunda oyunlar keçirilib.

Newsport.az-ın məlumatına görə, hər iki matç Bayıl stadionunda baş tutub.

"Araz Naxçıvan" və "Füzuli" komandaları 3-cü yer uğrunda matçda üz-üzə gəliblər. Əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatan oyunun penaltilər seriyasında daha dəqiq oynayan Füzuli futbolçuları liqanı 3-cü pillədə başa vurublar.

Finalda isə Mingəçevirin "Energetik" və Sumqayıtın "Uğur" üz-üzə gəlib. Qarşılaşma sumqayıtlıların 2:0 hesablı qələbəsiylə nəticələnib. "Uğur" Region Liqasının ilk qalibi olub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right