“Səbail” “başsız” qaldı

“Səbail” baş məşqçisi Samir Əliyevlə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, gənc mütəxəssis qarşılıqlı razılıqla paytaxt klubunu tərk edib.

Klubdan bildirilib ki, bu gün rəhbərliklə Əliyev arasında görüş keçirilib və müqaviləyə qarşılıqlı razılıqla xitam verilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, “Səbail” debüt etdiyi mövsümü 8 komanda arasında 7-ci pillədə bitirib. 28 turda 6 qələbə, 5 heç-heçə, 17 məğlubiyyətlə yadda qalan bakılılar 23 xal toplayıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right