Fərhad Vəliyev karyerasını başa vurub? AÇIQLAMA

"Sumqayıt"la müqaviləsi başa çatan Fərhad Vəliyev açıqlama verib.

 

Newsport.az xəbər verir ki, 37 yaşlı qapıçı butsılarını mıxdan asmadığını bildirib. İllərin təcrübəsi karyerasını davam etdircəyini söyləyib:

 

“Xeyr, karyeramı başa vurmamışam. Hələ ki gözləyirəm. “Sumqayıt”la sözləşməm başa çatıb və yeni müqavilə təklifi gözləyirəm. İstəyirəm ki, iki il də futbol oynayım. Bunun üçün gücüm də var. Təklif olsa, karyeramı davam etdirəcəm. “Sumqayıt”dan təklif gözləyirəm. Rəhbərliyin qərarını gözləyirəm”.

 

Millimizin sabiq üzvü "Sumqayıt"la müqaviləsini uzatmayacağı halda, digər təkliflər üzərində düşünəcəyini deyib:

 

“Sumqayıt”dan təklif olmasa, başqa variantlara baaxcam. Digər komandaların təkliflərinə nəzər yetirəcəm. Təklif olsa, karyeramı davam etdirəcəm”.

 

Qeyd edək ki, Sumqayıt futbolunun yetirməsi olan Vəliyev müxtəlif illərdə bu şəhərin "Gənclərbirliyi" komandasının da şərəfini qoruyub. O, bundan başqa, "Şahdağ", "Masallı", "Neftçi", "İnter" və "Qarabağ" klublarının da formasını geyinib. Dörd dəfə Azərbaycan çempionu olan qapıçı 5 dəfə də ölkə kubokunu başı üzərinə qaldırıb. (Sportal.az)

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right