Vüqar Həsənli Azərbaycan Premyer Liqasında debüt etdi

Azərbaycan Premyer Liqasının sonuncu - 28-ci turu baş hakim debütü ilə yadda qalıb.

 

Newsport.az xəbər verir ki, “Səbail” - “Keşlə” matçını (0:1) idarə edən Vüqar Həsənli Azərbaycan çempionatının yüksək dəstəsində ilk matçını keçirib. O, cari mövsümdə Premyer Liqa oyununu idarə edən 12-ci referidi. Əvvəlki 27 turun matçları 11 hakimə həvalə olunmuşdu.

 

Həsənli ölkə çempionatları tarixinə 97-cı baş hakim kimi düşüb. Belə ki, 1992-ci ildən keçirilən yarışda onadək 96 referi ədaləti qorumuşdu.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right