"Milliyə dəvət alacağımı gözləyirdim" Slavik Alxasov

"Keşlə"nin müdafiəçisi Slavik Alxasov ilk dəfə milli komandaya dəvət alıb.

 

Bu mövsüm inamlı oyun sərgiləyən 25 yaşlı futbolçu Newsport.az saytına açıqlama verib. Alxasov bu dəvəti gözlədiyini deyib:

 

"Milliyə dəvət aldığım üçün çox sevincliyəm. Mənə şans verdikləri üçün təşəkkür edirəm. Bu dəvəti gözləyirdim".

 

Slavik Azərbaycan kubokunun finalında "Qəbələ" ilə qarşılaşacaqları oyuna da toxunub:

 

"Kubokun finalına ciddi şəkildə hazırlaşırıq. Oyun çətin keçəcək. İstəyirik ki, qalib gələn tərəf biz olaq və avrokuboklara yollanaq".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right