U-17 Liqası:"Neftçi" istəyinə çatdı

Dünən «Bakcell U-17 Liqası»nda 33-ci turun oyunları 5 oyunu keçirildi. Bu tura kimi «Qəbələ» qızıl, «Səbail» isə gümüş medalları özünə tmin etmişdi. Yalnız 3-cü yerin sahibinin kim olacağı sualı açıq olaraq qalırdı. «Keşlə»ni 1 xal qabaqlayan «Neftçi» Gəncədən qələbə ilə dönəcəyi halda bürünc medallara sahib çıxacaqdı. Belə də oldu. Müşviq Qənbərovun komandası «Kəpəz»i məğlub etməyi bacardı və qış fasiləsində 8-ci pillədə olan «Neftçi» birinciliyi 3-cü pillədə başa vurdu.

Sonuncu turun 1 matçı - «Mil Muğan» - «Qəbələ» matçı ertələndi. Qarşılıqlı razılaşmaya əsasən oyun mayın 24-də Qəbələdə keçiriləcək. Məhz həmin gün U-16  və U-17 liqalarının qalibləri olan qəbələli futbolçular mükafatlandırılacaqlar.

Yeri gəlmişkən, dünən «Səbail» - «Zirə» matçından sonra birincilikdə 2-ci yeri tutmuş «Səbail» mükafatlandırılıb. Füzuli Məmmədovun komandasına gümüş medallar təqdim olunub.

 

33-cü tur

«Səbail» - «Zirə» 1:0

Qol: Xəlil Bəşirov, 31

«Keşlə» - «Qarabağ» 3:1

Qollar: Rauf Rüstəmov, 86; Kənan Əsədli, 90; Məhəmməd Nəzərəliyev, 90+4 – Zamiq Əliyev, 65

«Kəpəz» - «Neftçi» 0:1

Qol: İnqilab Ələkbərov, 26

«Xəzər Lənkəran» - «Ağsu» 3:0

Qollar: Pənci Ağazadə, 37; Mirhüseyn Hüseynzadə, 50; Azad Həşimli, 68

«Neftçi» İK İB – «Sumqayıt» 0:4

Qollar: İbrahim Novruzov, 14, 57, 90, 90+3

Bombardirlər: İbrahim Novruzov («Sumqayıt») - 34, Xəlil Bəşirov («Səbail») – 30 qol.

«Het-trik news» qəzetinin və sportinfo.az saytının birgə layihəsi

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right