Premyer Liqanın ən yaxşı bombardiri Baqali Dabo

"Qəbələ"nin futbolçusu Baqali Dabo Azərbaycan Premyer Liqasında 2017/2018 mövsümünün ən yaxşı bombardiri olub.

Newsport.az-ın məlumatına görə, o, cari mövsüm 13 qol vurub. Bu gün keçirilən 28-ci turun “Qəbələ” - “Qarabağ” oyunundan (0:1) sonra təşkil olunan mükafatlandırma mərasimində fransalı hücumçuya ən yaxşı bombardir titulu təqdim olunub. O, “Qəbələ”nin tarixində bu uğura imza atan 2-ci futbolçudur. Ötən mövsümdə 11 qol vuran Filip Ozobiç də bombardir adını qazanmışdı.

Xatırladaq ki, “Səbail” (5-ci, “Kəpəz” (11-ci tur) və “Səbail”lə (13-cü tur) matçlarda iki qol vuran Dabo “Neftçi” (6-cı tur), “Neftçi” (12-ci tur), “Keşlə” (14-cü tur), “Zirə” (16-cı tur), “Səbail” (17-ci tur), “Keşlə” (20-ci tur) və “Sumqayıt”la (27-ci tur) qarşılaşmaların hərəsində 1 dəfə fərqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right