İlqar Qurbanov milliyə dönüşü haqda danışdı: "Şükürlər olsun ki, bu formanı yenidən geyəcəm"

“Maraqlı və keyfiyyətli oyun getdi. “Qarabağ”ı çempionluq münasibət ilə təbrik edirəm və ÇL-də uğurlar arzu edirəm. İnanıram ki, yenə də bizi sevindirəcəklər".
 
Bu sözləri Newsport.az-a açıqlamasında "Qəbələ"nin müdafiəçisi İlqar Qurbanov "Qarabağ"la Topaz Premyer Liqasının 28-ci tur çərçivəsində keçirilən matçdan sonra deyib. Təcrübəli futbolçu ölkə kubokunu qazanmaq istədiklərini deyib: "Əlbəttə, biz də istərdik ki, çempion olaq, amma alınmadı. Qarşıda vacib final görüşü var. Ən azından kuboku qazanmaq istəyirik. Daha sonra isə Avropa Liqasına hazırlaşacağıq”.
 
2008-ci ildən sonra ilk dəfə milliyə dəvət alan 32 yaşlı futbolçu dəvətə görə təşəkkür edib: "Sevindirici haldır. Şükürlər olsun ki, bu formanı yenidən geymək mənə qismət olacaq. Dəvətə görə təşəkkür edirəm. İnşallah, yaxşı olar”.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right