"Sumqayıt"da yeni müqavilə

"Sumqayıt" klubu 2018/2019 mövsümü üçün heyətini müəyyənləşdirmək üçün çalışmalara başlayıb.

 

Newsport.az klub saytına istinadən xəbər verir ki, “kimyaçılar” ilk olaraq kapitan Vurğun Hüseynovla müqavilə imzalayıb. 30 yaşlı müdafiəçiylə yeni - 2 illik müqaviləyə imza atılıb.

 

Beş mövsümdü “Sumqayıt”ın şərəfini qoruyan Vurğun 2017/2018 mövsümündə bu komandanın heyətində 20 oyuna çıxıb və 1800 dəqiqə meydanda olub, bir qol vurub. Kapitan ümumilikdə isə "Sumqayıt"ın heyətində 131 qarşılaşmada meydana çıxıb.

 

Vurğun Hüseynovun "Sumqayıt"da debütü 2013-cü il avqustun 4-də gerçəkləşib. O, “Xəzər Lənkəran”la ev matçında (1:1) 90 dəqiqə meydanda mübarizə aparıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right