U-15 Liqası: «Vətən» çempion!

Dünən “Boulevard U-15 Liqası"nda 2 oyunla 28-ci tura yekun vuruldu. Eyni zamanda bu turla 2017/18-ci illər mövsümü başa çatmış oldu.

Şənbə günü keçirilən oyunlar aşağıdakı hesablarla başa çatmışdı:

«Neftçi» - «Turan» 2:1

«Keşlə» - İsgəndər Cavadov BFA 1:0

«Neftçi» İK İB – «Sumqayıt» 1:0

«Kəpəz» - «Zaqatala» 3:0

İOEUGİM – «Zirə» 2:1

 

Bazar günü keçirilən «Qarabağ» - «Vətən» və «Qəbələ» - «Viləş» matçları ilə çempionun kimliyinə aydınlıq gəldi. Bu tura kimi «Qəbələ»ni 2 xal qabaqlayan «Vətən» «Qarabağ»ı məğlub etməklə çempion adını qazandı. «Qəbələ» birinciliyin gümüş medallarına sahib çıxdı. Bürünc medallar isə «Keşlə»lənin payına düşdü.

 

«Qarabağ» - «Vətən» 0:3

Qollar: Əşrəf Zeynallı, 18; Elvin Abdullayev, 50 (pen.); Nihat Dəryagir, 68.

 

«Qəbələ» - «Viləş» 7:2

Qollar: Mehrac Baxşəliyev, 4, 30, 38, 66; Ümid Həmzəyev, 28, 55; Kamal Kazımov, 63 – Şahin Cavadov, 35; Tosif İbişov, 45

 

«Sərhəd»çi OİK-nin meydanında keçirilən «Qarabağ» - «Vətən» oyundan sonra qaliblərin mükafatlandırılma mərasimi keçirildi. «Vətən» qızıl medallar və kubokla, «Keşlə» isə bürünc medallarla təltif olundu. 2-ci yeri tutmuş «Qəbələ»nin medalları daha sonra Qəbələdə sahibinə təqdim olunacaq. Məraismdə həmiçnin, çempionatın ən yaxşı qapıçısı və bomardirinə də mükafatlar təqdim olundu. «Vətən»in qolkiperi Kamran Şabıyev birinciliyin ən yaxşı qapıçısı seçildi. Bombardir adına isə 33 qol vurmuş «Vətən»li Elvin Abdullayev layiq görüldü.

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 33 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 32 qol.

«Het-trik news» qəzetinin və sportinfo.az saytının birgə layihəsi

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right