U-17 Liqası: «Neftçi», yoxsa «Keşlə»?

Bu gün «Bakcell U-17 Liqası»nda 33-ci turun oyunları  keçiriləcək. Bununla da cari çempionat başa çatacaq.

«Qəbələ» çempionatın başa çatmasına bir neçə tur qalmış çempionluğu özünə təmin etmişdi. «Səbail» isə 32-ci turda gümüş medalları özününküləşdirmişdi. Bürünc medalların sahibi hələki məlum deyil. «Neftçi», yoxsa «Keşlə»? Bu suala bu gün aydınlıq gələcək.

 

33-cü tur

11:00 «Səbail» - «Zirə»

(«Bayıl Arena»)

13:00 «Keşlə» - «Qarabağ»

(«İnter Arena», 4-cü meydan)

14:00 «Kəpəz» - «Neftçi»

(Gəncə şəhəri, TİM-nin meydanı)

14:00 «Xəzər Lənkəran» - «Ağsu»

(Lənkəran şəhər stadionu)

14:00 «Neftçi» İK İB – «Sumqayıt»

(Lökbatan OİK-nin stadionu)

15:00 «Mil Muğan» - «Qəbələ»

(İmişli şəhər stadionu )

Cəza səbəbindən turu buraxacaq futbolçular: İlkin Əbiyev («Neftçi»), Rasim Xəlilov («Xəzər Lənkəran»), Yaqub Hüseynov («Neftçi» İK İB).

Bombardirlər: İbrahim Novruzov («Sumqayıt») - 30, Xəlil Bəşirov («Səbail») – 29 qol, Xəyal Bədirov («Səbail») - 27 qol, Nicat Musayev («Neftçi») – 26.

«Het-trik news» qəzetinin və sportinfo.az saytının birgə layihəsi

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right