"Günah strategiyada, futbolçuların olmamağındadır" - Abasov

Azərbaycan Premyer Liqasının XXVIII turunda “Sumqayıt” “Zirə”ni qəbul edib. Meydan sahibləri 1:2 hesabı ilə məğlub olub və Premyer Liqada mövsümü 5-ci pillədə tamamlayıb.
 
Newsport.az xəbər verri ki, oyundan sonra keçirilən mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov matç haqda danışıb:
 
“Zirə”nin etdiyi dəyişikliklər oyuna təsir etdi. Biz görə görə ki oyunçular oyundan qopur, heç bir şey etmədik. Dəyişiklik imkanım yox idi. Onu deyə bilərəm ki, bu, mənim “Sumqayıt”da sonuncu oyunum idi. “Sumqayıt”a uğurlar.
 
- Klubdan azarkeşlərdən incik halda ayrılırsınız?
 
- Bu azarkeşdən kim inciyər ki? Elə deyil. Sadəcə, bu komandada nəyisə dəyişəcəyimə inanmıram. Nələrsə etməyə çalışdım, ancaq bu siyasət mənə görə deyil. Artıq reabilitasiya mərkəzinə çevrilmiş komandada qala bilmərəm. Avropa Liqasında çıxsaydıq, şərtim olacaqdı ki, legioner olmalıdır. Çıxmadıq deyə, bu da olmayacaq və klubda qalmağım mənasızdı.
 
- İndiki durumun günahı kimdədir?
 
- Kimin istəsəz, boynuna yıxa bilərsiz. İnanın, burda tək məşqçilik deyil. Təzyiq məsələsi də deyil. Günah klubun strategiyasındadır.
 
- İstefa qərarınızı rəhbərlik qəbul etməsə, reaksiya necə olacaq?
 
- Qərarı artıq çoxdan vermişdim. Hansısa kluba gedəcəyim məlum deyil. Çox istəyirdim, burada qalım, nələrsə etmək istəyirdim. Boynuma alıram ki, mən bunu edə bilmədim. Alınmadı. Həqiqətən çətindi.
 
-Bu, təkcə “Sumqayıt”ın tipk problemidi, yoxsa Azərbaycan futbolunun?
 
-Normalda, qışdan sonra uğurlar olanda, rəhbərliklə danışırsan ki, filan mövqelərdə problemlər var, transfer lazımdı. Futboldan kənar bir şey istəmirdim. Növbəti mövsüm bu uşaqlarla nəsə dəyişəcəkmi? Boynuma alıram ki, mən bunu edə bilmərəm.
 
-Rəhbərliklə görüşüb, növbəti mövsümün planlarını müzakirə etmişdiz. Planlarınız qəbul olunmadı? Bir də, adınız “Qəbələ” ilə hallanır...
 
-Futboldan kənar şərtlərim yox idi. Avroliqaya çıxmadığımıza görə şərtlərim qəbul olunmayacaqdı. Mənim komandam rehabilitasiya mərkəzi deyil. Məsələn, Cavid Hüseynov. Onu çox klub istəyir: biz, digərləri. Ancaq biz onu almaq üçün növbə gözləməliyik. Məşqçinin sistemi, fəlsəfəsi olmalıdı. “Qəbələ”yə gəlincə, onlarda hazırda baş məşqçi var. Məşqçi gedəndən sonra danışarıq.
 
-Strategiyanı AFFA müəyyənləşdirir. “Neftçi”, “Kəpəz”, onlar da federasiyadan maliyyələşir, bəs niyə onlara legioner olar, sizə isə yalnız 1-2 nəfər?
 
-Bu strategiyanı kimin müəyyənləşdirdiyini bilmirəm. Rəhbərliklə danışanda, Avropa Liqasına düşsək, 95-100% transferlərin olduğunu dedilər. Alınmadı, söhbət bağlandı. Əlimizdə olan futbolçularla uğur qazana biləcəyimizə inanmıram. Bu oyunçularla bura kimi gəldik. “Sumqayıt”dakı eram bitdi. Azarkeşlər sağ olsun, dəstəklədilər. Özümdə nəyisə dəyişəcəyimə inanmıram.
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right