Samir Abasov istefa verdi "Belə şərtlərlə işləyə bilmərəm"

Azərbaycan Premyer Liqasının sonuncu turunda “Sumqayıt” “Zirə”yə 1:2 uduzaraq Avropa Liqasına getmək şansını itirib.
 
Newsport.az-ın məlumatına görə, oyundan sonra komandanın baş məşqçisi Samir Abasov istefa verib. O, qərarını mətbuat konfransında açıqlayıb.

O bildirib ki, bu, komandada sonuncu oyunu olub: "Belə şərtlərlə işləyə bilmərəm. Çünki "Sumqayıt" sanki reabilitasiya mərkəzidir. Rəhbərliklə danışmamışam. Amma böyük ehtimalla burda qalmayacam".

Xatırladaq ki, bu məğlubiyyətdən sonra "Sumqayıt" Premyer Liqanı 5-ci yerdə başa vurub və Avroliqaya vəsiqə qazana bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right