"Neftçi", "Zirə" və "Keşlə" qələbə qazandı Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında sonuncu - 28-ci tura start veriləcək. 

Newsport.az-
ın məlumatına görə, ilk oyun günündə 3 oyun keçiriləcək. Əsas diqqətlər Gəncə və Sumqayıta yönələcək.
“Neftçi” səfərdə “Kəpəz”in qonağı olacaq. Tərlan Əhmədovun komandası Gəncədə qələbə qazansa, mövsümü bürünc medalla başa vuracaq.

Sumqayıtda eyniadlı komanda “Zirə”ni qəbul edəcək. “Neftçi”nin “Kəpəz”i məğlub etmək şansının yüksək olduğunu nəzərə alsaq, dördüncü yerin sahibi böyük ölçüdə məhz bu oyunda müəyyənləşəcək. “Zirə”ni heç-heçə də qane edir. Lakin dördüncü yeri tutmaq və Avroliqa şansını saxlamaq üçün Samir Abasovun komandası mütləq meydanı 3 xalla başa vurmalıdır. 

Digər matçda isə “Səbail” “Keşlə”ni sınağa çəkəcək.

Qeyd edək ki, mövsümə sabah keçiriləcək “Qəbələ” - “Qarabağ” matçı ilə yekun vurulacaq. Paytaxtda oynanılacaq bu görüşdən sonra Peşəkar Futbol Liqası ilk üçlüyün sahiblərinə medalları təqdim edəcək. 
 
Azərbaycan Premyer Liqası, XXVIII tur
 
20 may (bazar)
 

17:15 “Səbail” – “Keşlə” - 0:1

Qol: Rafael Məhərrəmli, 63
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Mübariz Haşımov, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Murad Məmmədov
“Bayıl Arena”

 

17:15 “Kəpəz” – “Neftçi” - 1:2

Qollar: Şəhriyar Rəhimov, 68 - Ruslan Abışov, 63, Lukas Qomes, 79
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Elman Musayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Xaqani Məmmədov
Gəncə şəhər stadionu

 

17:15 “Sumqayıt” – “Zirə” - 1:2

Qollar: Cavid İmamverdiyev, 13 - Aleksandr Dedov, 68, Sadio Tounkara, 90+4
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Şahin Cəfərov
“Kapital Bank Arena”

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right