"Kəpəz" "Neftçi" ilə oyuna 5 itki ilə çıxacaq

Azərbaycan Premyer Liqasında mövsümün sonuncu - 28-ci turunda Gəncədə “Neftçi” ilə qarşılaşacaq “Kəpəz” bu oyunun hazırlığını başa vurub.

Newsport.az-ın məlumatına görə, “sarı-göylər”in cari mövsümdə doğma meydandakı son məşq prosesi 1 saatdan çox çəkib. İsinmə təmrinlərinin yerinə yetirilməsi ilə başlayan hazırlıq toplu çalışmalarla davam edib. Məşq ikitərəfli oyunla başa çatıb.

Bakı təmsilçisi ilə oyuna “Kəpəz” itkilərlə çıxacaq. Belə ki, müdafiəçilər Dedimar Ferreyra, İqor Korotetski, yarımmüdafiəçilər İlyas Səfərzadə, Ceyhun Cavadov və hücumçu Şadon Vinçester zədəli olduqlarından oyunu buraxacaq. Kamran Abdullazadə isə cəza səbəbindən kənarda qalacaq.

İtkilərin yerini doldurmaq üçün baş məşqçi Yunis Hüseynov əvəzedici heyətin 5 üzvünü əsas komandaya cəlb edib. Cavid Əskərov, Qaraxan Əliyev, Emin Zamanov, Şöhrət Quliyev və Əli Səmədov bu günkü məşqə qatılıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right