"Səbail" çempion oldu, "Qəbələ" gümüş, "Zirə" bürünc aldı

Azərbaycan Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında mövsümə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, 28-ci turun üç oyunu ötən gün baş tutub.

“Qəbələ” - “Qarabağ” görüşündə hesab açılmayıb. “Sumqayıt” - “Zirə” görüşündə də qalib müəyyənləşməyib. “Kəpəz”in qonağı olan “Neftçi” isə səfərdən inamlı qələbə ilə qayıdıb.

Mövsümə bu gün keçirilən "Səbail" - "Keşlə" oyunu ilə yekun vurulub. Qarşılaşma qolsuz yekunlaşıb.

Beləcə, "Səbail" mövsümü çempion kimi başa vurubsa, "Qəbələ" gümüş, "Zirə" bürünc medallarla kifayətlənməli olub.

Kəpəz - Neftçi 0:2
Qol:
Elnur Süleymanov, 9. Murad Hüseynov, 74.
Hakimlər: Etibar Həsənov, Habil Əliyev, Fehruz Əliyev, İslam Məmmədov.
Hakim-inspektor: Vaqif Ayvazov.
Yevlax şəhər stadionu.

Sumqayıt - Zirə 1:1
Qol:
Fərid Kərimzadə, 82 - Əziz İsmayılov, 85.
Hakimlər: Ramiz Məhərrəmov, Kənan Məlikov, Vüqar Bayramov, Vüsal Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
“Sumqayıt Arena”.

Qəbələ - Qarabağ 0:0
Hakimlər: Anar Göyçayski, Rəşadət Cəfərov, Rəşad Xasıyev, Nicat İsmayıllı.
Hakim-inspektor: Rüfət Hüseynov.
Qəbələ şəhər stadionu, ehtiyat meydança.

Səbail - Keşlə 0:0
Hakimlər
: Alik Yunusov, Roman Vasilyev, Müslüm Əliyev, Emin Nağıbəyov
Hakim-inspektor: Azad Hüseynov
Bakı. “Bayıl Arena”.

1 Səbail 28 16 5 7 45-31 53
2 Qəbələ 28 15 5 8 63-28 50
3 Zirə 28 11 8 9 35-36 41
4 Qarabağ 28 11 6 11 38-41 39
5 Keşlə 28 8 14 6 36-33 38
6 Sumqayıt 28 10 7 11 35-45 37
7 Neftçi 28 8 6 14 22-35 30
8 Kəpəz 28 2 11 15 14-39 17


Ülvi İsgəndərov - 16 qol ("Sumqayıt")





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right