Millimizin üzvünün Bundesliqa arzusu puç oldu

Millimizin üzvü Renat Dadaşov özünə klub axtarmaqda davam edir.
 
Newsport.az xəbər verir ki, komanda yoldaşını və məşqçisini döyərək ağır sözlərlə təhqir edən Renat "Ayntraxt"dan mövsümün gedişində qovulmuşdu. Hücumçu hazırda fərdi məşqlər edir.
 
Dadaşov Bundesliqa klublarından birinə keçməyi arzu etsə də, bu, onun üçün xəyal olaraq qalıb. Çünki intizamsız forvardı heç bir komanda istəmir. Belə olan halda 19 yaşlı futbolçu II və III Bundesliqa klublarının təkliflərini dəyərləndirməli olacaq.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right