"Qarabağ"ın futbolçuları cəbhə bölgəsində

"Qarabağ"ın futbolçuları Qarabağ bölgəsinə səfər edib.

Newsport.az-ın məlumatına görə, “Atlılar”ın futbolçuları: İbrahim Şehiç, Elvin Yunuszadə, Maksim Medvedev, Qara Qarayev və Coşqun Diniyev Ağdamda cəbhə bölgəsinə yollanıb. İlk olaraq, komandanın üzvlərini N saylı hərbi hissənin komandiri general-mayor Hikmət Həsənov qarşılayıb. Həsənov futbolçularla söhbətində daim “Qarabağ”ın oyunlarını izlədiyini və qazandığı uğurlara sevindiyini dilə gətirib. Futbolçular da daim Qarabağ uğrunda döyüşməyə hazır olduqlarını bildirib. Hərbi hissə komandirinə “Qarabağ”ın Çempionlar Liqasında geyindiyi forma, şarf və top hədiyyə olunub.
Düşmənlə yaxın məsafədə yerləşən hərbi hissəyə baş çəkən futbolçular buradakı şəraitlə yaxından tanış olublar. Daha sonra komandanın üzvləri əsgərlərə hədiyyələrini təqdim edib, şəkillər çəkdirib. Sonda isə bir qrup əsgər futbolçularla birlikdə topla məharətlərini göstərib.

qarabagh.com

 





 







Digər albomlar




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right