"Neftçi"yə "5" verən "Qəbələ" intriqanı son tura saxladı

Mayın 16-da “Boulevard U-15 Liqası"nda 26-cı turdan təxirə salınmış oyun keçirilib.

 

Newsport.az-ın məlumatına görə, «Neftçi» Binə qəsəbə stadionunda «Qəbələ»ni qəbul edib.

 

Oyun qonaqların 5:0 hesablı qələbəsi ilə başa çatdı. «Qəbələ»3 xal ilə çempionluq şansını qorumuş oldu.

 

«Neftçi» - «Qəbələ» 0:5

Qollar: Süleyman Damadayev, 17; Mehrac Baxşəliyev, 24, 36; Anar Tağıyev, 45; Kamal Kazımov, 64.

 

Bazar günü Rakif Əliyevin yetirmələri «Viləş»i qonaq edəcəklər. Bu oyunda «Qəbələ»nin qalib gəlmə ehtimalı çox yüksəkdir. Amma çempion olmaq üçün qazanılacaq qələbədən başqa «Vətən»in «Qarabağ»a məğlub olması lazımdır ki, bu da az inandırıcıdır.

 

«Vətən» heç-heç oynayacağı halda belə xalların sayının eyni olmasına rəğmən qızıl medalları qazanacaq. Çünki şəxsi oyunlarda «Vətən» «Qəbələ»dən daha yaxşı göstəriciyə malikdir (1:1, 3:1).

 

U-15 Liqasında sonuncu – 30-cu turun oyunları mayın 19-20-də keçiriləcək: «Qəbələ» - «Viləş», «Qarabağ» - «Vətən», «Neftçi» - «Turan», «Neftçi» İK İB – «Sumqayıt», «Kəpəz» - «Zaqatala», İOEUGİM (Sumqayıt) – «Zirə», «Keşlə» - İsgəndər Cavadov BFA. Oyunların başlama vaxtı barədə əlavə məlumat verəcəyik.

 

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 32 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 28 qol.

 

«Het-trik news» qəzetinin və Sportinfo.az saytının birgə layihəsi





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right