U-16 Liqası: «Bürünc» üçün «savaş»

Mayın 17-18-də U-16 Liqasında 32-ci turun oyunları keçiriləcək. İlk oyun günündə 4, ertəsi gün isə 1 qarşılaşma baş tutacaq. «Qəbələ»nin çempionluğu, «Vətən»in isə gümüş medalları vaxtından əvvəl qazandığı birincilikdə əsas mübarizə bürünc medallar uğrunda gedir. 3-cü yerə ən yaxın «Zirə» ilə «Neftçi»dir. «Keşlə»nin də şansları qalır. Amma əsas rəqiblərindən 3 xal geridə olması bu komandanın işini çətinləşdirir. Təqvimə nəzər salsaq, «bürünc»ün sahibi böyük ehtimalla son turda məlum olacaq.

 

17 may (cümə axşamı)

13:00 «Keşlə» - «Qəbələ»

(«İnter Arena», 4-cü meydan)

14:00 «Neftçi» İK İB – «Zirə»

(Lökbatan OİK-nin stadionu)

14:00 «Sumqayıt» - «Səbail»

(Sumqayıt şəhəri, «Kapitalbank Arena»)

15:00 «Neftçi» - «Turan»

(Binə qəsəbə stadionu)

 

18 may (cümə)

14:30 «Vətən» - «Kəpəz»

(«Neftçi Baza»)

Cəza səbəbindən turu buraxacaq futbolçular: Ramin Məhərrəmov («Keşlə»), Vaqif Ağadadaşov («Neftçi» İK İB), Samir Qasımov, Rüstəm Rüstəmov (hər ikisi «Zirə»), Hüseyn Mürsəlov, Əli Abdullayev («Qəbələ»).

Bombardir: Emil Quluzadə («Vətən») – 25 qol.

«Het-trik news» qəzetinin və sportinfo.az saytının birgə layihəsi

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right