"Qəbələ"də ayrılıq

Mövsümün sonunda "Qəbələ"ni tərk edəcək ilk futbolçunun adına aydınlıq gəlib.

 

Newsport.az-ın əldə etdiyi məlumata görə, Famussa Kone "qırmızı-qaralar"ın sıralarını tərk edəcək. "Qəbələ" 24 yaşlı forvard üçün müqavilə ilə məxsus olduğu Türkiyənin "Göztəpə" klubuna müraciət etməyəcək.

 

Mövsümün əvvəlində "Qəbələ"yə icarəyə verilən malili futbolçu Premyer Liqada 22 oyuna 6 qol vurub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right